XƏBƏR

B 12 vitamininin çatışmadığını necə bilmək olar? - Bu əlamətlərə DİQQƏT!

date 14 Sentyabr 2020

B 12 vitamininin çatışmadığını necə bilmək olar? - Bu əlamətlərə DİQQƏT!

Orqanizm üçün ən faydalı vitaminlərən biri də B12 vitamindir. Bu vitaminin çatışmazlığı orqanizmdə bir çox problemlərə səbəb olur.

e-tibb.az Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssislər B12 vitamini çatışmazlığının dörd əlamətini açıqlayıblar.

Qeyd olunub ki, B12 vitamini sinir sisteminin işində və qanın  funksiyalarında mühüm rol oynayır. Eyni zamanda, digər vitaminlər kimi insan bədənində yaranmadığı üçün  onu əldə etməyin yeganə yolu düzgün qidlanma və ya vitamin əlavələri qəbul etməkdir.
Bu vitaminin çatışmazlığı özünü müxtəlif şəkildə göstərə bilər. Exspertlərə görə,  ilk növbədə problemlər qırmızı qan hüceyrələrinin düzgün əmələ gəlməməsi səbəbindən oksigen çatışmazlığının yaranması ilə əlaqədardır. Bundan əlavə, bu vitaminin çatışmazlığı nəticəsində sinir liflərini qoruyan  miyelin qoruyucu qatının yaranması əngəllənir.
İndi isə mütəxəssislər, B12 çatışmazlığının təhlükəli bir vəziyyətini göstərən dörd əlamət müəyyən ediblər. Əsas təhlükəli əlamətlərdən biri əllərdə və ayaqlarda sancmalardır. Miyelinin çatışmazlığı sinir liflərində "qısaqapanma " və xoşagəlməz hisslərə səbəb olur.
İkinci təhlükə əlaməti dəri saralmasıdır. Bu, qırmızı qan hüceyrələrinin çatışmazlığı ilə əlaqələndirilir. Zəifləmiş qırmızı qan hüceyrələri parçalanır, dəriyə sarımtıl bir rəng verən bilirubin sərbəst buraxılır.
B12 vitamini çatışmazlığının üçüncü və dördüncü əlamətləri oksigen çatışmazlığı ilə əlaqələndirilir. Bu kəskin bir yorğunluq və ürək döyüntüsüdür.

B12 vitaminini tam miqdarıda almaq üçün mütəxəssislər daha çox qırmızı ət, yumurta, süd məhsulları və balıq yeməyi məsləhət görürlər. Veqanlar üçün xüsusi vitamin əlavələri tövsiyə olunur. Daha əvvəl bildirilirdi ki, atrofik qastrit səbəbindən  B12 vitamini çatışmazlığı yarana bilər. Bu xəstəlik zamanı mədədə xlorid turşusu ifrazı azalır, bu da bu vitaminin mənimsənilməsi üçün vacibdir.