XƏBƏR

COVID-19 da HİV kimi yaşayacaq?

date 27 İyul 2020

COVID-19 da HİV kimi yaşayacaq?

Koronavirus-COVİD-19 pandemiyasının nə zaman başa çatacağı, ümumiyyətlə, virusun nə zaman yox olacağı məlum deyil. Bununla bağlı sadəcə, mülahizələr, proqnozlar səslənir.

e-tibb.az xəbər verir ki, ABŞ-ın Minnesota Universitetinin alimləri isə SARS-CoV-2 koronavirusunun heç vaxt tamamilə məğlub olmayacağını açıqlayıblar. Onlar hesab edir ki, yalnız vaksin insan orqanizminə uyğunlaşan və adi soyuqdəymə, qrip virusları kimi eyni şəkildə dolaşan COVID-19 patogeninin yayılmasını məhdudlaşdıra bilər.
Yoluxucu Xəstəlikləri Araşdırmaları Mərkəzinin direktoru Maykl Osterholmın sözlərinə görə, bu virus da HİV kimi insanlarla birlikdə yaşayacaq. Mütəxəssis, peyvəndin köməyi ilə insanların uzunmüddətli immunitet əldə edə biləcəyinə şübhə ilə yanaşdığını bildirib. Çünki xəstəliyə yoluxanlarda antitelin verdiyi qoruma tədricən zəifləyir. Onun sözlərinə görə, peyvənd bir neçə aydan bir neçə ilə qədər davam edəcək immunitet  yarada bilər. Daha təsirli peyvəndlərin hazırlanması üçün daha çox tədqiqat tələb olunur, lakin indi bəşəriyyətin buna vaxtı yoxdur.