2 Dekabr 2020
"Xəstə olan şəxs özünü təcrid etməlidir".
e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin professoru, TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib:
“Bu gün bizim vətəndaşlar koronavirus haqqında kifayət qədər məlumatlı deyil. Bu təəssüfedici haldır”.
Professor bildirib ki, özündə soyuqlama halı hiss edən xəstələr dərhal xəstəxanaya müraciət edir: “Hamı bilməlidir ki, COVİD-19 xəstəliyinin ağciyərlərində ağırlaşma halı adətən xəstəliyin sonlarında bilinir, bəzən heç bilinməyə də bilər. Həkimlər də bəzən insanları yanlış yönləndirirlər. Bəzən ağciyərləri təmiz olan xəstələr çox arxayınlaşır. Kompyuter Tomoqrafiyası bu gün ancaq xəstəliyin ağır fəsadları zamanı edilməlidir. Xəstəliyin diaqnozu üçün müəyyən edilmiş test qaydası var. Yaxma vasitəsilə test götürülür. Cavab müsbətdirsə, artıq müxtəlif qan müayinələrə ehtiyac yoxdur. Xəstə olan şəxs özünü təcrid etməlidir. Bəzi hallarda bu xəstəlik simptomsuz keçir. Belə olduqda da yenə də özünütəcridə mütləq riayət etmək lazımdır. Bu gün biz özümüzdə soyuqlama əlaməti hiss etsək, sanki bizdə COVİD-19 var kimi düşünməliyik. Yalnız bu halda başqalarını yoluxdurmağın qarşısını ala bilərik. Bəzi hallarda isə xəstəliyin bütün simptomları olduğu halda testin nəticəsi neqativ gəlir. Belə olan halda belə biz özümüzü təcrid etməliyik”.
Alimlər koronavirusu öldürən maddəni açıqlayıblar
6 Yanvar 2021Dad və qoxu itməsini aradan qaldırmaq üçün bunları etmək olmaz - Həkimdən TÖVSİYƏ
6 Yanvar 2021İnfeksiyaya qarşı ən güclü immuniteti olan qan qrupları hansılardır?
6 Yanvar 2021Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək olmaz?
11 Yanvar 2021Koronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?
7 Yanvar 2021Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!
13 Yanvar 2021Mutasiyaya uğramış viruslar daha sürətlə yayılır, amma xəstəliyin daha ağır formasına səbəb olmur
7 Yanvar 2021Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz
8 Yanvar 2021Şərabın başqa alkoqollu içkilərdən fərqi
13 Yanvar 2021Mütəxəssis: "Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir"
12 Yanvar 2021