XƏBƏR

Şəkər xəstəliyinin yaranma ehtimalını artıran SƏBƏBLƏR

date 19 Sentyabr 2020

Şəkər xəstəliyinin yaranma ehtimalını artıran SƏBƏBLƏR

Şəkərli diabet ən geniş yayılan və hər yaşda rast gəlinən xəstəlikdir. Şəkərli diabetə səbəb olan amillər haqda vaxtaşırı məlumat verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkədə şəkərli diabetin yaranma ehtimalını artıran səbəblər barədə məlumat paylaşıb.

 Şəkərli diabetin yaranma ehtimalını artıran səbəblər:

1. İrsi meyillilik;

2. Autoimmun xəstəliklər - immun sistemi pozuntuları;

3. Qidalanma pozuntuları - çoxlu miqdarda karbohidratlı qidaların qəbulu. Erkən dövrdə uşağın qida rasionuna inək südünün əlavə edilməsi və dənli bitkilərdən hazırlanmış süni uşaq qidaları ilə qidalandırılması;

4. Piylənmə;

5. Xroniki stress - qorxu, qəfil xəbər və stress yarada biləcək digər hallar;

6. Bir qrup xəstəliklər - ateroskleroz, xolesterinin yüksəkliyi, mədəaltı vəzi xəstəlikləri.

 

Qeyd edək ki, statistik rəqəmlər ötən il Azərbaycanda şəkərli diabet xəstələrinin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, 2018-ci ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan diabet xəstələrin sayı 24 min 774 nəfər olub.

Ötən il Azərbaycanda ilk dəfə qoyulan diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı 27 min 157 nəfər olub. Onlardan 25 min 892 nəfəri insulindən asılı olmayan, 1265 nəfəri insulindən asılı olanlardır.

Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan diabet xəstələrinin sayı 272 min 842 nəfər olub. Onlardan 242 min 102 nəfəri insulindən asılı olmayan, 30 min 740 nəfəri isə insulindən asılı xəstələr olub. 2018-ci ildə isə qeydiyyatda olan diabet xəstələrinin sayı 255 min 470 nəfər təşkil edib.

e-tibb.az