XƏBƏR

Pediatrdan: Payızda uşaqlarda dəmir və D vitamini çatışmazlığı olmamalıdır- VİDEO

date 1 Oktyabr 2020

Pediatrdan: Payızda uşaqlarda dəmir və D vitamini çatışmazlığı olmamalıdır- VİDEO

Xəstəliklərin əmələ gəlməsində immun sistemi böyük rol oynayır. Valideynlər çox zaman bizə müraciət edir ki, uşağın immun sisitemi zəifdir, bunu gücləndirmək üşün hansı dərmanlar qəbul etmək olar? Əslində bu, yanlışdır. Valideynlər bilməlidir ki, immunitet güclü olması üçün qanda hemoqlabin və dəmir normada olmalıdır. Yəni dəmir və Günəş defisiti olmamalıdır, uşaq D vitaminini lazımi miqdarda almalıdır.

e-tibb.az xəbər verir ki, bunu pediatr, tibb elmləri doktoru Ələkbər Həsənov APA TV-nin “Öncə sağlıq” proqramında bildirib. Pediatr deyib ki, payız girəndə - oktyabr, noyabr aylarında uşaqlarda D vitamini, dəmir defisiti olmamalıdır. Qışa kimi bütün uşaqlarda dəmir və D vitamini çatışmazlığı aradan qaldırılmalıdır.

 Mütəxəssisin fikirləri ilə daha ətraflı videoada tanış ola bilərsiniz: