20 Sentyabr 2020
Uşağınızın boy artımı normaldır? Diqqət yetirək, çünki uşağın böyüməsi onun ümumi sağlamlığının əsas əlamətidir!
20 sentyabr - Beynəlxalq Uşaqların Boy artımı haqqında Maarifləndirmə Günüdür.
e-tibb.az xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) bu günlə bağlı yaydığı məlumatda bildirilir ki, Beynəlxalq Uşaqların Boy artımı haqqında Maarifləndirmə Günü ICOSEP və üzvləri tərəfindən uşağın böyüməsi ilə bağlı əhalini məlumatlandırmaq üçün qlobal bir maarifləndirmə təşəbbüsüdür.
Bu günün qeyd olunmasında əsas məqsəd – baş verə biləcək hər hansı problemi vaxtında aşkar etməyin və lazımı ölçü götürməyin ən yaxşı vasitə olduğunu ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanaraq tibbi müalicənin aparılması ilə fiziki inkişafdan geri qalmanın və əlilliyin qarşısının alınması istiqamətində müxtəlif profilaktik tədbirlər, seminarlar təşkil olunub.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə Gəncə, Quba, Şəki, Lənkəran, Sabirabad, Biləsuvar və digər bölgələrdə keçirilən “Uşaqlarda boy problemləri” mövzusu üzrə seminarlardan sonra Bakı şəhərində yekun konfrans keçirilib. Konfransda bir daha vurğulanıb ki, uşaqlarda yaranan boy problemləri ciddi məsələdir və bu məsələdə həm həkimlər, həm də valideynlər məsuliyyətli olmalı, gənc nəslin sağlam inkişafına həssaslıqla yanaşmalıdırlar.
Valideynlərin nəzərinə çatdırılıb ki, uşaqlarda boyun mütəmadi ölçülməsi və illik qeydiyyatın aparılması vacibdir, bu, xəstənin düzgün diaqnoz qoyulması və idarə olunmasını təmin etmək üçün mühüm əhəmiyyət daşıyır.
Həkimlərin bu sahədə daha məlumatlı olmasını təmin etmək məqsədi ilə bu sahədə aparıcı mütəxəssislər, pediatr və endokrinoloqların iştirakı ilə metodik vəsait hazırlanaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 2019-cu ildə təsdiq olunub. İSİM tərəfindən tərtib olunan vəsait sahə pediatrları, endokrinoloqlar, ailə həkimləri və bu ixtisaslar üzrə təlimlərini davam edən rezidentlər üçün nəzərdə tutulub.
Qeyd olunub ki, uşaqların boy artımı bir neçə səbəbdən normal inkişaf etmir: onların boyu yaşıdlarına nisbətən ya çox qısa olur, ya da həddindən artıq uzun. Bu səbəblər əsasən üç qrupa bölünür: böyümə prosesinin özü ilə əlaqədar problemlər, qidalanma və ya uzunmüddətli xəstəlik kimi xarici amillərin yaratdığı problemlər, yaxud naməlum faktorların təsiri ilə yaranan səbəblər, idiopatik böyümə xəstəlikləri.
Qısa və ya çox hündür boy böyümə vəziyyətinin ən çox nəzərəçarpan əlamətlərindən biri olsa da, uşağa təsir edə biləcək bir sıra digər simptomlar və problemlər də var. Hər bir vəziyyət fərqli simptomlar göstərsə də, ümumiyyətlə, ağrı, yorğunluq, oynaq və ya çəki kimi problemlərə rast gəlinir. Fiziki inkişafın fəsadları ağciyər, ürək və böyrəklər, həmçinin digər toxuma və orqanların inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.
Əgər uşağınızın boy artımından narahatsınızsa, onda əlamətlərə diqqətlə yanaşmağın əsl zamanıdır. Uşağınız həmyaşıdlarından, ya da bacı-qardaşlarından çox qısadırsa, çox vaxt faktiki yaşından balaca olduğu zənn edilirsə və il ərzində ən azı 5 sm böyümürsə (5 yaş və yetkinlik arasında), onda həkimə müraciət edin.
Çünki YAXŞI BOY ARTMA – SAĞLAMLIQ deməkdir!
Alimlər koronavirusu öldürən maddəni açıqlayıblar
6 Yanvar 2021Dad və qoxu itməsini aradan qaldırmaq üçün bunları etmək olmaz - Həkimdən TÖVSİYƏ
6 Yanvar 2021İnfeksiyaya qarşı ən güclü immuniteti olan qan qrupları hansılardır?
6 Yanvar 2021Səhərlər yol verilən yanlışlar - Yuxudan duran kimi nələri etmək olmaz?
11 Yanvar 2021Koronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?
7 Yanvar 2021Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!
13 Yanvar 2021Mutasiyaya uğramış viruslar daha sürətlə yayılır, amma xəstəliyin daha ağır formasına səbəb olmur
7 Yanvar 2021Ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi - Angioqrafiya haqda bilmədiklərimiz
8 Yanvar 2021Şərabın başqa alkoqollu içkilərdən fərqi
13 Yanvar 2021Mütəxəssis: "Xroniki xəstəlikləri olanların vaksinasiyadan imtina etməsi hər zaman yoluxma riski ilə üz-üzə qalması deməkdir"
12 Yanvar 2021