XƏBƏR

Virusun risklərini azaltmaq, immuniteti qorumaq üçün nə edək? - Dietoloqdan TÖVSİYƏLƏR

date 29 Noyabr 2020

Virusun risklərini azaltmaq, immuniteti qorumaq üçün nə edək? - Dietoloqdan TÖVSİYƏLƏR

Bu gün hamı virusa yoluxmamaq üçün yollar axtarır. Hər kəs orqanizmi-immuniteti gücləndirməyə, tədbirlər görməyə çalışır. Bu yöndə mütəxəssislərin fikirləri daha önəmlidir. Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis, klinik psixoloq Vəfa Paşazadə bununla bağlı tövsiyələrini açıqlayıb. e-tibb.az onun fikirlərini təqdim edir: 

Virus ilə yoluxma riskini azaltmaq üçün immun sistemimizi qorumağımız vacibdir. Yaxşı, bu müdafiəni yüksək səviyyədə saxlamaq üçün nə etməliyik?

Kifayət qədər yuxu: Keyfiyyətsiz yuxu bütün infeksion xəstəliklərin riskini artırır. 5 saatdan az yuxu müddəti viral infeksiyalar riskini artırır. Yeterli yuxu isə melatonin səviyyəsini artıraraq virusun təsirini azaldır.

Stress: Stress immunitet sistemini əhəmiyyətli dərəcədə zəiflədir və iltihaba səbəb olan interlockin-6 kimi sitokinlərin artmasına səbəb olur.

Sink: Koronavirusun hüceyrəyə girməsinin qarşısını alaraq, xəstəliyə səbəb olan təsiri azaldır. Gündəlik 15-30 mq doza qəbul etmək yuxarı tənəffüs yollarının qorunmasında təsirli olur.

Meyvə və Tərəvəz: Tərkibindəki flavonoidlər sayəsində iltihabı azaltmağa kömək edir.

C vitamini: Kliniki tədqiqatlarda sətəlcəmin tezliyini, müddətini və şiddətini azaltdığı göstərilmişdir. Gündəlik 1000-2000 mq aralığında tövsiyə olunur.

Sambucus Nigra: (Qara kəndəlaş-red. (Türkcə kara mürver)) Koronavirusun orqanizmdə çoxalmasının qarşısını alır. Erkən mərhələdə qəbul edildikdə, profilaktik təsiri daha çoxdur.

D vitamini: Gündəlik 800-1000IU dozada yuxarı tənəffüs yolu infeksiyalarından qoruduğu göstərilmişdir. Həmişə qeyd etdiyim kimi D vitamini qanda səviyyəsini 40-60 ng / ml-dən yüksək tutmaq vacibdir.